2009-2010-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir

15/09/2009

Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU)  "Bilik günü " və 2009-2010-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
Tədbirin əvvəlində dövlət himni səsləndirilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək 90 yaşlı universitetin professor-müəllim heyətini və tələbələrini  "Bilik günü " münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
A.Məhərrəmov ulu öndər Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük qayğı göstərdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. O vurğulamışdır ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzunu olduğu ali məktəbin tələbəsi adını qazanmaq hər bir gənc üçün böyük şərəfdir.
Rektor demişdir ki, bu il 52 ixtisas üzrə 3 min 532 abituriyent universitetin tələbəsi adını qazanmışdır. Onların 2 min 541 nəfəri Azərbaycan, 991 nəfəri isə rus bölməsinə qəbul olunmuşdur. Hazırda 16 fakültə üzrə 18 min gənc təhsil alır. Tələbələrin təqribən 1500 nəfəri əcnəbidir. Universitetdə həmçinin 300-dən çox elmlər doktoru və professor, Milli Elmlər Akademiyasının müxbir üzvü olan 27 alim çalışır.
Çıxış edən tələbələr ölkənin ən nüfuzlu tədris ocağında təhsil aldıqlarından məmnunluqlarını ifadə etmiş, xoş arzularını söyləmişlər.
Sonda qəbul imtahanlarında yüksək bal toplamış gənclərə tələbə biletləri təqdim edilmişdir.

“AzərTAc”, 15 sentyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!