Bakı Dövlət Universitetində 20 Yanvar şəhidləri anılıb

19/01/2017

Tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında  keçirilib. Əvvəlcə tədbir iştiarakçıları abidənin önünə  gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.

Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi haqqında məlumat verib, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

Bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və Sovet İttifaqına ciddi zərbə vurduğunu deyən rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib və hər il şəhidlərin əziz xatirəsini yad etmək üçün universitetin önündə ucaldılmış möhtəşəm abidə qarşısında anım mərasimi keçirilir.

Daha sonra çıxış edən akademik Vasim Məmmədəliyev,  professor İzzət Rüstəmov 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd ediblər. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Mətbuat və informasiya şöbəsi, 19 yanvar 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!