Bakı Dövlət Universiteti yenə birincidir

07/10/2016

Media Təqib Mərkəzi universitetlərlə bağlı sentyabr ayı üzrə məlumatları açıqlayıb.

Məlumata əsasən, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10086 xəbər yerləşdirilib. Elektron mətbuatda Bakı Dövlət Universiteti 1321 xəbərlə ilk yerdə qərarlaşıb. Qafqaz Universiteti 837 xəbərlə ikinci, Texniki Universitet isə 769 xəbərlə üçüncü yerdədədir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1313 xəbər dərc edilib. Bakı Dövlət Universiteti 188 xəbərlə ilk yerdədir. İqtisad Universiteti 119 xəbərlə ikinci, Qafqaz Universiteti isə 90 xəbərlə üçüncü yerdədədir.

Sentyabr ayında televiziya kanallarında universitetlər haqqında 225 xəbər göstərilib. Xəbər sayına görə sıralamada Bakı Dövlət Universiteti 34 xəbərlə birinci yedədir. ADA Universiteti və İqtisad Universiteti 20 xəbərlə növbəti yeri bölüşüblər.

Qeyd edək ki, Media Consulting şirkəti də sentyabr ayında mediada ən çox adı hallanan qurumların adını açıqlayıb. Ali məktəblər arasında BDU 1498 məlumatla ilk yerdədir.

Mətbuat və informasiya şöbəsi,  07 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!