Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib

04/05/2012

Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov  Ümummilli liderin həyat və yaradıcılığı, onun Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsində göstərdiyi xidmətlərdən danışdı.  Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəmizin çiçəklənməsi yolunda əzmlə çalışdığını, xalqın rifahı naminə gördüyü işlərdən danışan Daşqın Qənbərov bu böyük şəxsiyyətin keçdiyi yolun müstəqil və suveren Azərbaycan yolu, azərbaycançılıq yolu olduğunu söylədi.

“Bu gün biz müstəqil və demokratik, suveren  bir ölkənin vətəndaşlarıyıq. Sərbəst təhsil ala, firavan  yaşaya bilirik. Vətənimizin hər bir diyarı gündən-günə çiçəklənir. Ölkəmiz inkişaf göstəricilərinə görə nəinki Qafqazda, hətta dünyada önəmli yerə malikdir. Kiçik bir hissəsini sadaladığım bütün bu reallıqlara görə bizlər ulu öndərin ruhuna borcluyuq. Onun uzaqgörən siyasəti Azərbaycanın gələcək inkişafını müəyyən etdi.

O, böyük şəxsiyyət idi. Xalqın dühası idi. Bir lider olaraq xalqı öz arxasınca apara bilirdi, əlli milyonluq azərbaycanlıların, həqiqi mənada, inamını qazanmışdı. Onun qurub-yaratmış olduğu Azərbaycanın bu gün qüdrətli ordusu var. Heydər Əliyev hər kəsin edə bilməyəcəyi unudulmaz bir yaxşılıq etmişdi azərbaycanlılara. O, “Azərbaycan” adlı möhtəşəm bir şah əsər yaratmışdı. O əsər ki, indi biz gənclərə ərmağan olunmuşdur, bizlərə etbar edilmişdir.”

Öz növbəsində  çıxış üçün söz alan  YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev  bu uzaqgörən, dahi insanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin insan kapitalının inkişafında gördüyü əməli işlərdən danışdı. “ Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, hazırda Azərbaycan universitetlərinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin ən böyük və dahi məzunu, öz xalqına, millətinə, Vətəninə, onun mədəniyyət və mənəviyyatına son dərəcə bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, bir sözlə, dünya azərbaycanlılarının Lideri Heydər Əlirza oğlu Əliyevdir.

Daha sonra BDU THİK-nin sədr müavini Elvin İbrahimov, Tarix fakültəsi THT-nin sədri Anar Cəfərov və digərləri söylənən fikirlərə qoşuldular, Ümummilli liderin Azərbaycan gəncliyinə, təhsilinə göstərdiyi diqqət və qayğı haqqında fikirlərini toplantı iştirakçıları ilə paylaşdılar.

Tədbir tələbələrin mövzu ətrafında aktiv müzakirəsi ilə yekunlaşdı.

Baba Əliyev

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!