Bakı Dövlət Universiteti “Scopus mükafatı”na layiq görülüb

26/01/2016

Dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatların”ı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb. Qeyd olunub ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət (Araşdırmalar və Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatları) olmaqla bir neçə nominasiya üzrə nəzərdə tutulub.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna eləcə də  Bakı Dövlət Universitetinə  mükafat təqdim olunub. Bakı Dövlət Universitetində nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı (Applied and computational mathematics)” jurnalı da mükafata layiq görülüb. Bakı Dövlət Universitetnə verilən mükafat BDU-nun rektoru, akademik Abel Məhərrəmova, “Tətbiqi və hesablama riyaziyyatı” jurnalına verilən mükafat isə jurnalın redaktoru akademik Fikrət Əliyevə təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 26 yanvar 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!