Bakı Dövlət Universiteti «Sabahın alimləri»nə dəstək verib

17/02/2014

Bakı Dövlət Universiteti 13-15 fevral 2014-cü il tarixlərində keçirilmiş «Sabahın alimləri» III Respublika Müsabiqəsinin təkşilində və həyata keçirilməsində fəal iştirak edib.BDU alimləri təqdim olunan layihələrə elmi rəhbər kimi elmi dəstək verməklə yanaşı, müsabiqənin təşkilat komitəsində və münsiflər heyətində təmsil olunublar. BDU müsabiqəyə elmi dəstəklə yanaşı, maddi dəstək də verib. Belə ki, universitet xüsusi mükafat təsis edib və BDU alimlərindən ibarət olan münsiflər heyətinin qərarı əsasında bu mükafat “İnsanın bioloji saata əsasən sağlamlıq kodeksi ” layihəsinə görə Sumqayıt şəhər 21 nömrəli məktəbin X sinif şagirdi Məmmədzadə Səfa Şaiq qızına təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!