Bakı Dövlət Universiteti MDB ali məktəblərinin reytinq siyahısında yer tutub

28/03/2014

“Ekspert RA” reytinq agentliyi MDB-yə üzv ölkələrin ən yüksək səviyyəli universitetlərinin siyahısını açıqlayıb. Reytinq siyahısına 153 ali məktəb daxil edilib ki, həmin universitetlər A-dan E-dək 5 kateqoriyaya ayrılıb . Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Qırğızıstan universitetlərinin adı olan siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universiteti 40-cı pillədə yer alıb. Reytinq siyahısı statistik göstəricilərlə yanaşı, 5,5 min respondentlə (müəllimlər, alimlər, tələbələr, məzunlar və digər əməkdaşlar) aparılan sorğu nəticəsində tərtib edilib.

Qeyd edək ki, kateqoriyalara bölünmə zamanı MDB ölkələri universitetlərində Boloniya prosesinin tətbiqi əsas götürülüb və BDU-nun bu istiqamətdə bakalavr-magistr hazırlığı qənaətbəxş hesab edilib. Ermənistan və Gürcüstan universitetləri siyahıda yer ala bilməyib.

Mətbuat və İnformasiya şöbəsi, 28 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!