“Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb

08/06/2017

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində “Bakı Dövlət Universiteti” kitabı rus dilində çapdan çıxıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun müəllifi olduğu kitabda müsəlman Şərqinin ilk dünyəvi ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin keçdiyi çətin və şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır, universitetin fəaliyyət dövrləri ümumiləşdirilir, inkişaf istiqamətləri şərh olunur, müasir göstəriciləri, habelə universitetin ayrı-ayrı fakültələri, kafedraları və digər qurumları, universitetin görkəmli elm xadimləri və tanınmış məzunları haqqında ətraflı məlumat verilir. Kitab müxtəlif sahədə çalışanlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!