Bakı Dövlət Universiteti IV beynəlxalq kitab sərgi-yarmakasında təmsil olunub

22/09/2015

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV beynəlxalq kitab sərgi-yarmakasında Bakı Universiteti nəşriyyatının direktoru İ.Şirinov və Kitabxanaşünaslıq kafedrasının dosenti P.Kaziminin rəhbərliyi bir qrup tələbənin iştirakı ilə təmsil olunub. Bakı İdman Sarayında keçirilən sərgidə sərki-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib. 16-18 sentyabrda keçirilən sərgidə BDU nəşrləri ilə yanaşı BDU müəllimlərinin yeni çap olunmuş dərs və dərs vəsaitləri sərgilənib. BDU Gənclər Təşkilatının fəal iştirakı ilə keçən sərgi-yarmarkada Baş Nazirin müavini Elçin Əfəndiyev, ombudsman Elmira Süleymanova, millət vəkili Sabir Rüstəmxanlı, xalq yazıçısı Çingiz Abdullayev və bir çox Azərbaycanın mədəniyyət və elm xadimləri sərgidə BDU-nun ekspozisiyasına yaxınlaşıb,  kitab nümunələri ilə tanış olublar.

Mədəniyyət və Turizm naziri Mədəniyyət və Turizm naziri Ə.Qarayev BDU ekspozisiyasına yaxınlaşıb, sərgidə iştirakı üçün xüsusi təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!