Bakı Dövlət Universiteti ilə San-Antonio Mursiya Katolik Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

14/11/2016

Noyabrın 10-da İspaniyanın Mursiya şəhərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib. Konfrans Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyi və Mursiya Katolik Universiteti tərəfindən İspaniya Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə keçirilib.

Konfransdan əvvəl Azərbaycan nümayəndə heyəti universitetin binası ilə tanış olub. Onlara burada keçilən fənlər, aparılan təcrübələr barədə məlumat verilib.

Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə San-Antonio Mursiya Katolik Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında dünyada sülhün bərqərar olmasında təhsilin və gənclərin rolunu vurğulayıb. O, güclü dövlətin təməlində möhkəm təhsil ənənələrinin durduğunu deyib, həmçinin iki universitet arasında bu gün bağlanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb. Rektor görüşdə iştirak edən müəllim və tələbə heyətinə Bakı Dövlət Universiteti barədə məlumat verib. Bildirilib ki, dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən Bakı Dövlət Universiteti İspaniya universitetləri ilə əlaqələrin möhkəmlənməsində maraqlıdır.

Mursiya Katolik Universitetinin rektoru Xose Luis Mendoza sülh naminə keçirilmiş bu görüş üçün bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirib, bugünkü tədbiri tarixi hadisə adlandırıb. O, dinlərin insanlara yaxşını pisdən ayırmağa xidmət etdiyini bildirib, onların qadın-kişiyə, irqə, milli mənsubiyyətə bölünmədən sülh içində yaşamasını təşviq etdiyini deyib, bunun üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov mursiyalı həmkarına xatirə hədiyyələri təqdim edib.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!