Bakı Dövlət Universiteti ilə British Council arasındakı əməkdaşlıq ilk nəticələrini verib

16/06/2011

Azərbaycan ali təhsil ocaqlarının flaqmanı hesab olunan Bakı Dövlət Universiteti beynəlxalq reytinqlərə görə ilk beş yüz universitetlər siyahısına daxil olmağı qarşısına məqsəd qoyub. Bu yolda atdığı önəmli addımlardan biri də 9 mart 2011-ci il tarixində Bakı Dövlət Universiteti ilə British Council arasında imzalanan Anlaşma Memorandumu olub. Memorandumun məqsədi “British Council”ın Ali Təhsilin Beynəlmiləlləşdirilməsi layihəsi sahəsində fəaliyyətlərin koordinasiyası və davamlı əməkdaşlıq üçün çərçivə müəyyən etməkdən ibarətdir. Əsas məqsəd ali təhsil sahəsində qlobal əməkdaşlıq, yəni ali təhsilin müxtəlif aspektlərinin, keyfiyyət təminatı, ölkələrarası təhsil, sahibkarlıq və müəssisələr, ötürülə bilən bacarıqlar və səriştənin inkişafıdır. Memorandumda, eyni zamanda, ingilis dili müəllimlərinin ingilis dili biliklərinin təkmilləşdirilməsi və qeyri-ingilis dilini tədris edən müəllimlərin ingilis dili səviyyəsinin artırılması da nəzərdə tutulur.

Bu əməkdaşlıq artıq ilk nəticəsini verib. 11 iyun 2011-ci il tarixdə BDU – da “British Council”ın   TKT (Teaching Knowledge Tests) Module 1 (Language and background to language learning and teaching) kurslarında iştirak etmiş və  18 saat kurs keçmiş filologiya fakültəsinin ingilis dili kafedrasının 16, ilahiyyət fakültəsinin isə 1 nəfər müəllimləri sertifikat almaq üçün imtahan veriblər. Kursları “British Council”ın müəllimi Nərminə Əliyeva aparıb.

İmtahandan uğurla keçən Mehriban Ələsgərovaya, Gülzar Xanbabayevaya, Günay Rəfibəyliyə, Mənsurə Ağayevaya, Aytən Hümbətovaya, Gülşən Kərimovaya, Yeganə Əsgərovaya, Mirvari Qəhrəmanovaya, İlhamə Mehdiyevaya, Nigar Seyidovaya, Səbinə İsgəndərovaya, Elnarə Tağıyevaya, Günel Mustafayevaya, Yeganə Qaraşovaya, Günel Süleymanova və Xuraman Əhmədovaya “British Council”ın proqram üzrə meneceri Gülşən Hüseynova sertifikatlar təqdim edib və müəllimləri bu münasibətlə təbrik edib.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 16 iyun 2011-ci il. 

(Material news.rambler.ru, ru.redtram.com xəbər portallarında və "Nedelya" qəzetində də yayımlanıb 16 -24 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!