Bakı Dövlət Universiteti ilə “Azercell Telekom” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb

21/10/2015

Bu gün Bakı Dövlət Universiteti ilə “Azercell Telekom” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanma mərasiminə həsr olunmuş tədbirdən öncə “Azərcell Telekom”un Barama İnnovasiya Mərkəzi haqqında hazırlanmış 3 dəqiqəlik videoçarx nümayiş olunub. Sonra tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov şirkətin Tələbə Proqramından danışıb. Qeyd edib ki, şirkət hər il  3-cü və 4-cü  kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsinə başlayıb. Qalib tələbələr 1 il ərzində hər təhsil ayı üzrə “Azərcell Telekom”-dan 200 manat  təqaüd almaq  və şirkətin müxtəlif tədbirlərində iştirak etmək şansı əldə edəcəklər. Rektor Abel Məhərrəmov BDU və “Azərcell Telekom” arasında imzalanacaq memorandumun əhəmiyyətinin qeyd edərək onun faydalı və səmərəli olacağına və tələbələrin Azercell və Barama təcrübəsindən faydalanacağına inandığını bildirib.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev deyib ki,  rəhbərlik etdiyi şirkət Azərbaycanın öndə gedən mobil operatoru olaraq, hər zaman elmi-texniki yenilikləri tətbiq edir və müxtəlif təhsil ocaqları ilə sıx əməkdaşlıq etməklə bu sahənin inkişafı məqsədilə gənc nəsli bu işə daima cəlb edir.

Sonra tərəflər arasında imzalanma mərasimi baş tutub. Memorandumda “Barama Media Mərkəzinin” yaradılması, onun avadınlıqlarla təchiz edilərək tələbələrinin istifadəsinə verilməsi, təlimlərin keçirilməsi, tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihə, proqramlara cəlb edilməsi, elmi və innovasiya araşdırmalarında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri öz əksini tapıb.

Mətbuat və İnformasiya şöbəsi, 21 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!