Bakı Dövlət Universiteti dünyanın aparıcı TOKYO BOEKI Ltd. şirkəti ilə memorandum imzaladı

08/12/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov TOKYO BOEKI Ltd. şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşüb.Rektor Abel Məhərrəmov elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan TOKYO BOEKI Ltd. ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib.Görüş zamanı Bakı Dövlət Universiteti ilə TOKYO BOEKI Ltd. şirkəti arasında “Əməkdaşlıq və əlaqələrin əsas prinsiplərinə” dair Memorandum imzalanıb. İmzalanma mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak edib.Tərəflər, universitetin innovasiyalı elmi-tədqiqat və təcrübə-konstruktor işlərini yerinə yetirmək üçün dəyərli təcrübə, fundamental bilik və resurslara  malik olduğunu,  TOKYO BOEKI Ltd. şirkətinin, öz növbəsində, elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olduğunu nəzərə alaraq təhsil və elmin müxtəlif sahələrində, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdilər.Memoranduma görə, tərəflər, ortaq fəaliyyət çərçivəsində, nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və başqa sahələrdə birgə layihələr yerinə yetirəcəklər. Memorandum, yüksək ixtisaslı Azərbaycan alimlərin hazırlanması, alim, tədqiqatçı və başqa mütəxəssislərin mübadiləsi, Yaponiyanın yeni texnologiyalarına dair BDU-nun əməkdaş və tələbələrinə seminarların təşkili, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə təqaüd, müsabiqə,  tələbələrə dəstək və digər proqramların təşkili və reallaşdırılmasını da nəzərdə tutur.Bu əməkdaşlığın ilk addımı olaraq adı çəkilən şirkət Bakı Dövlət Universitetini JEOL Ltd. Şirkəti (Yaponiya) tərəfindən istehsal edilən JSM-7600F skanedici elektron mikroskop ilə təmin edib. Bu mikroskopda elektron optika texnologiyalarının ən son nailiyyətləri reallaşdırılmışdır. Bu cihaz nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu model ilə müxtəlif birləşmələrin nanohissəciklərini araşdırmaq və onların miqdari analizini yerinə yetirmək, nümunələr hazırlanmadan bioloji obyektləri və keçirici olmayan obyektləri də araşdırmaq mümkün olacaq.Qeyd edək ki,  TOKYO BOEKI Ltd şirkəti 1947-ci ilin oktyabr ayında yaradılıb və hazırda Yaponiya, ABŞ, Avstraliya, Koreya, Çin, Rusiya, Ukrayna və digər ölkələrdə uğurla fəaliyyət göstərir. Sovet İttifaqı bazarında 1959-ci ildən etibarən fəaliyyət göstərən TOKYO BOEKI şirkətinin o dövrkü  illik dövriyyəsi Sovet İttifaqı ilə Yaponiya arasındakı ticari dövriyyəsinin 5 faizini təşkil edib.Sovet İttifaqı dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda açılan Bakı kondisioner zavodu da Toshiba şirkəti ilə birgə  TOKYO BOEKI şirkəti istifadəyə verilmişdir. TOKYO BOEKI, əsasən, elmi və analitik avadanlıqları üzrə dünyanın aparıcı markalarının (JEOL Ltd, Nikon Instech Co. Ltd., Rigaku Ltd., OXFORD Instruments Analytical Ltd., Gatan) rəsmi nümayəndəsi kimi tanınır. TOKYO BOEKI şirkəti artıq Rusiya və Ukraynada Elmlər Akademiyaları, elm və  təhsil nazirlikləri, səhiyyə nazirlikləri, universitetlər və başqa müəssisələrlə əməkdaşlıq edərək müasir avadanlıq və xidməti  təmin edir.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 8 dekabr 2011-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!