Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Hüquq kulubu” fəaliyyətə başlayıb

27/11/2012

26 noyabr 2012-ci il tarixində Bakı Dövlət Universiteti  Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində yaratdığı “Hüquq Klubu”-nun rəsmi tədimatını keçirdi.

Universitetin Dövlət İdarəçilik Məktəbində təşkil olunan tədbirdə Bakı Dövlət Universiteti  Tələbə Həmlarlar İttifaqı Komitəsi sədri Daşqın Qənbərov çıxış edərək bu layihənin əhəmiyyətindən, klubun fəaliyyətinin tələbələrin hayatında olacaq müsbət rolundan, vətandaş cəmiyyətlərində hüquqi marifləndirmənin önəmindən və klubun gələcəkdə bu istiqamətdə görəcəyi işlərdən geniş danışdı. Daşqın müəllim qeyd etdi ki,  ümumiyyətlə universitet rəhbərliyi tələbələrdən gələn faydalı təklifləri həmişə dəstəkləyib və bu klubun yaradılması da buna bir nümunədir. D.Qənbərov təqdimat mərasimində iştirak edən tələbələri universitetin ictimai həyatında daha da aktiv olmağa çaqırdı və bu çağırışı görüşdə iştirak etməyən diğər tələbə yoldaşlarına da çatdırmağı xahiş etdi. Sonra sözü Bakı Dövlət Universiteti  Tələbə Həmlarlar İttifaqı Komitəsi “Hüquq Klubu”nun rəhbəri hüquq fakültəsinin III kurs tələbəsi Cavad Mustafazadəyə verdi.

Cavad Mustafazadə “Hüquq Klubu” məqsədi, funksiyaları, həyata keçirmək istədiyi tədbirləri haqqında tədbir iştirakçılarına məlumat verildi.

Sonda iştirakçılar müəyyən hüquqi məsələlərlə bağlı və “Hüquq Klubu”nun fəaliyyəti ilə bağlı fikirlərini bölüşdülər.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!