Bakı Dovlət Universitetində Yaponiya Mədəniyyət festivalı keçirilib

13/04/2015

Festivalı BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev açaraq onun işinə uğurlar arzulayıb.

Festivalda UniPock`s və Atarashi Hoshi yapon qruplarının, eyni zamanda yapon dilinin də tədris olunduğu 225 saylı məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib. Sonra yapon nagıllarının üzərində qurulmuş  tamaşa təqdim olunub.

Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və yapon mədəniyyəti haqqında daha da ətraflı informasiya çatdırmaq məqsədi daşıyan festivalın ikinci hissəsində oriqami, suşi, çay mərasimi, yapon yeməkləri, kimono və ikebana təqdim olunub. İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda güllərin və oriqaminin sərgisi də keçirilib. Çay mərasimi və yapon yeməkləri üçün ayrılan otaqlarda isə qonaqlar ənənəvi yapon çay və yeməklərindən dadıblar. Yaponiyanın abu-havasını daha da yaxından hiss etmək üçün qonaqlar Yaponiyanın ənənəvi kimono və yukata geyimlərini geyiniblər. Festivalda Yaponiyanın paytaxtı Tokyoda çox məhşur olan “Cosplay mədəniyyəti” də təqdim edilib.

Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiriyinin,

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətininnümayəndələri iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 13 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!