«Azərkosmos» Bakı Dövlət Universitetindən kadr istəyib

05/05/2011

Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri  Rəşad Nəbiyev BDU-nun rektoru, akademik  Abel Məhərrəmova müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, "Azərkosmos" ASC-nin normal iş fəaliyyətinin təmin edilməsi məqsədilə yüksək ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi və onların müvafiq təlimlər keçdikdən sonra cəmiyyətdə işlə təmin olunmaları ASC-nin ən vacib məsələlərindəndir. Bu baxımdan respublikanın ən qabaqcıl tədris müəssisələrindən olan və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müstəsna rolu olan BDU ilə əməkdaşlığa xüsusi önəm verən qurum universitetin Tətbiqi-riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat və Fizika fakültələrində bakalavr və magistr pillələrinin son kursunda təhsil alan tələbələrin işlə təmin edilməsində maraqlıdır.

Bu məqsədlə Açıq Səhmdar Cəmiyyətin nümayəndələri BDU-da olub, adıçəkilən fakültələrin tələbələri ilə görüşüblər. "Azərkosmos" haqqında tələbələrə ətraflı məlumat verilib, işlə təmin olunacaqları təqdirdə görəcəkləri işlərlə bağlı məlumatlandırılıblar. Məlum olub ki, ASC-nin standartlarına cavab verən bir neçə BDU tələbəsi artıq adıçəkilən qurumda işlə təmin olunub və proses davam edir.

"Azərkosmos" ASC Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə yaradılıb.

Mətbuat İnformasiya şöbəsi, 05 may, 2011-ci il.

(Material APA, TREND, modern.az informasiya agentliklərində və xəbər portalında da yayımlanıb 05- may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!