Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisə

22/09/2015

ABŞ-ın “Thomson Reuter” Agentliyinin bu günlərdə açıqlanan 2015-cu il üçün yarımillik hesabatına əsasən Azərbaycanda nəşr olunan “TWMS Journal Pure and Applied Mathematics ” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı ”) jurnalı yeni yaradılan “Emerging Sources Citation Index” bazasında yer alıb. Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir. 2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 15-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr MatReviews, Zentrablatt, VINITI kimi nüfuzlu bazalarda referat olunur, E-Lleter, NA Digest elmi saytlarında anons edilir. İndiyədək jurnalın 10 nömrəsi çap olunub.

Jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!