Azərbaycanın diplomatik xidmətinin 90 illiyi münasibətilə mərasim keçirilmişdir

10/07/2009

Iyulun 9-da  "Buta " sarayında Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə mərasim keçirilmişdir.
Dövlət və hökumət rəsmilərinin, nazirlərin, deputatların, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin, Bakıdakı diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov diqqətə çatdırmışdır ki, artıq 4 gündür Azərbaycan diplomatik xidmətinin 90 illiyi ilə bağlı Gəncədə, Naxçıvanda və Bakıda müxtəlif tədbirlər keçirilir.
Nazir qeyd etmişdir ki, Azərbaycan diplomatiyasının 90-cı ildönümü deyəndə biz dövlətimizin peşəkar diplomatik xidmətinin məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsindən ötən müddəti nəzərdə tuturuq. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verdiyini diqqətə çatdıran E.Məmmədyarov demişdir ki, ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilmişdir. Bu, Prezidentin Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir.
Nazir bildirmişdir ki, ulu öndərin müəyyən etdiyi xarici siyasət kursu nəticəsində Azərbaycanın nüfuzu artmış, regionda lider dövlətə çevrilmişdir.
Bakıdakı diplomatik korpusun duayeni, Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke mərasimdə çıxış edərək Azərbaycandakı xarici diplomatlar adından təbriklərini çatdırmışdır.
Bakıdakı beş illik fəaliyyəti dövründə respublikamızın dinamik inkişafının şahidi olduğunu diqqətə çatdıran səfir demişdir ki, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin sayı getdikcə artır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə birbaşa bağlıdır.
Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Azərbaycanın diplomatiya tarixindən söz açmış, əsası 1919-cu ildə qoyulmuş Azərbaycanın diplomatik korpusunun fəaliyyətindən, bu sahədə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlərdən danışmışdır.
Mərasim konsert proqramı ilə davam etdirilmişdir.

“AzərTAc”, 10 iyul 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!