Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

09/06/2017

Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, professor Amil Məhərrəmov Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) müxbir üzvü seçilib. Bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub.  Amil Məhərrəmov bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb. Qeyd edək ki, professor Amil Məhərrəmovun müdiri olduğu  “İqtisadiyyat və idarəetmə” kafedrası yerli və xarici qrant proqramlarının aktiv iştirakçısı olub, bu sahədə apardığı fəaliyyət nəticəsində «İlin kafedrası» adına layiq görülüb. Professor Amil Məhərrəmov 2012-ci və 2015-ci ilin elmi nəticələrinə görə isə BDU Elmi Şurasının qərarı ilə «İlin alimi» adına layiq görülüb və Fəxri fərmanlarla təltif edilib. Alim mütəmadi olaraq yerli və beynəlxalq beynəlxalq elmi-praktik konfransda məruzələrlə çıxış edir, xarici ölkə universitetlərində mühazirə oxuyur. Hazırda BDU Elmi Şurasının, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Elmi Şurasının üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının sədrinin müavini olan A.Məhərrəmov, eyni zamanda, “Bakı Universiteti xəbərləri”, “Kooperasiya” jurnallarının redaksiya heyətinin üzvü, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru və “İqtisadi və siyasi elmlər” jurnalının redaksiya heyətinin sədridir.

Mətbuat və informasiya şöbəsi, 09 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!