Azərbaycandan yalnız BDU dünyanın nüfuzlu universitetləri arasında yer alib

14/09/2015

Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə  beynəlxaq RUR reytinqində BDU 750 universitet arasında 656-cı olub.

Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən Round University Ranking (RUR) beynəlxalq  təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi 4 qrupda  birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.

Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford  Universiteti, Çikaqo Universiteti,  Kaliforniya Texnologiya İnstitutu  (ABŞ),  London İmperial Kolleci  (Böyük  Britaniya),   Massaçusets Texnologiya İnstitutu (ABŞ),  Kolumbiya Universiteti  (ABŞ) , Oksford Universiteti (Böyük  Britaniya), Kembric Universiteti (Böyük  Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir. Reytinq  "Thomson Reuters" beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.

Onu da bildirək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən  Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutnun (URAP) bu ilin iyun ayında açıladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü. BDU dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı.  URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi  və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Mətbuat və İnformasiya şöbəsi, 14 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!