Azərbaycanda təhsilin doktorantura pilləsi AB-nin standartlarına uyğunlaşdırılacaq

14/12/2015

Fransanın Monpelye Universitetində Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində "Nizami" adlı layihəsinin ilk təqdimat iclası keçirilib.  Azərbaycanda doktoranturanın Avropa standartlarına yaxınlaşdırmaq məqsədilə təşkil edilən təqdimat mərasimində çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov bildirib ki, ölkəmizdə bakalavriat və magistratura  pillələrində kredit sistemi ilə yerinə yetirilən təhsil boloniya posesinə uyğundur. Ali təhsilin doktorantura pilləsi isə Sovetlər  Birliyində olduğu kimi yerinə yetirilir. S.Gözəlov layihənin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov isə öz çıxışında Azərbaycanda təhsilin doktorantura pilləsinin 2 mərhələli olduğunu, birinci mərhələnin isə iki yolla həyata keçirildiyini qeyd edib. O, bu modeldə bir sıra üstünlüklərlə yanaşı, bürokratik çatışmazlıqların olmasından danışıb. M.Ramazanov Bakı Dövlət Universitetində doktorantura pilləsində 9 İxtisaslaşdırılmış Elmi Şurada 30 ixtisasdan müdafiə işlərinin həyata keçirildiyini də xüsusi vurğulayıb. Layihənin baş koordinatoru - Fransanın Montpelier Universitetinin professoru Veronika Montero layihənin mərhələlər üzrə qarşıya qoyduğu problemlərdən və onun büdcəsindən bəhs edib. Sonra digər ölkə universitetlərinin nümayəndələri layihənin effektiv idarə yolları barədə müzakirələrlər ediblər. Sonra professor Məhəmmədəli Ramazanov, Montpelier Universitetinin professorları Frederic J.G.Cuisinier və Veronika Montero yeni "Nanohissəciklərin canlı orqanizmdə yığılmasının, yerdəyişməsinin tədqiqi və onların ləğvi” elmi tədqiqat layihəsinin birgə təqdim edilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, tədbirdə Fransanın Monpelye, İspaniyanın Barselona, Çexiyanın Masaruk, Türkiyənin Fateh, Almaniyanın Haydelberq, İsveçin Upsala universitetlərinin, Azərbaycan Təhsil Nazirliyinin və Bakı Dövlət, Memarlıq və İnşaat, Qafqaz, Xəzər, Azərbaycan Dillər, Azərbaycan Texniki, Naxçıvan Dövlət universitetlərinin, Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələri iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!