"Azərbaycan tarixinə yeni baxış və informasiya müharibəsi"

04/05/2015

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və "Gənc Reportyorlar" Birliyinin təşkilatçılığı ilə "Azərbaycan tarixinə yeni baxış və informasiya müharibəsi" mövzusunda seminar keçirilib. Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, "Gənc Reportyorlar" Birliyinin BDU üzrə rəhbəri Rəşid Mustafazadə, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, "Qafqaz tarixi mərkəzi" İB-nin sədri Rizvan Hüseynov və digər əməkdaşlar universitetin müxtəlif fakültə tələbələri iştirak ediblər. Daşqın Qənbərov Azərbaycan tarixinin düzgün öyrənilməsi və dünya miqyasında həqiqətlərin çatdırılmasının vacibliyindən söz açıb. Rizvan Hüseynov müasir dövrdə informasiya müharibəsi zamanı gənclərin diqqət yetirməli olduqları məqamları nəzərə çatdırıb. O, ermənilərin tarixən saxta xəritə, saxta materiallar əsasında dünyaya yalan yaydıqlarını bildirib. Rəşid Mustafazadə çıxış edərək “Bakı Avropa Oyunları 2015” in gəlişi ilə ölkəyə çoxlu sayda turistlərin gələcəyi və bunun əslində gənclər tərəfindən Azərbaycan həqiqətlərini onlara da çatdırması üçün şans olduğunu qeyd edib. Sonda tələbələrin sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 04 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!