“Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarış layihəsinin təqdimatı keçirilib

28/10/2016

Bakı Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında təhsil alan SABAH qrup tələbəsi Turqut ŞabanoğlununAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalibi olduğu “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarışının təqdimat mərasimi keçirilib.Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən təqdimat mərasimində layihə rəhbəriTurqut Şabanoğlu yarış barədə ətraflı məlumat verib. Bildirib ki, layihə gənclərin dünyagörüşünün formalaşmasına, dövlətin gənclər siyasətinin əsas prinsiplərindən biri hesab olunan intellektual inkişafa xidmət edəcəkdir.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Seymur Cəfərov, Gəncə Dövlət Universitetinin  müəllimi, tarixçi-ekspert  Ümid İsmayılovbu kimi tədbirlərin gənc nəslin bilik və bacarıqlarının artırlmasına təsirindən, o cümlədən ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının əhəmiyyətindən bəhs ediblər.

Qaliblər sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Mətbuat və informasiya şöbəsi, 28 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!