“Azərbaycan sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı petisiya ilə bağlı tədbir

14/04/2016

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi “Azərbaycan sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı petisiya ilə bağlı tədbir keçirib. THİK sədri Daşqın Qənbərov, sədr müavinləri, fakültə Tələbə Həmkarlar Təşkilatlarının sədrləri və universitetin fəal tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Daşqın Qənbərov bildirib ki, bu gün dünyada müharibələr ən azında 2 cəbhədə aparılır. Əsgərlərimiz fasiləsiz, yorulmadan, qəhrəmancasına müharibə aparırsa, biz də arxa cəbhədə informasiya müharibəsində düşmənə layiqli cavab verməliyik. Jurnalistika fakültəsi THT sədri Azərpaşa Hüseynli, Kitabxanaçılıq-informasiya fakültəsinin THT sədri Manaf Talıbov, Tarix fakültəsi THT sədri Zeybə Tağızadə, Kimya fakültəsi THT sədri Rəhman Fətullazadə, Şərqşünaslıq fakültəsinin THT sədri Taleh Mansurov rəhbərlik etdikləri fakültənin tələbələrinin bu petisiya ilə əlaqədar gördükləri işlərə dair hesabat veriblər.
Azərpaşa Hüseynli qeyd edib ki, ümumillikdə BDU-nun 10 mindən artıq tələbəsi petisiyada iştirak edib.
Xatırladaq ki, bir müddət öncə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi 31 mart soyqırımı ilə əlaqədar təkcə qərb ölkələrinə yox, universitetin şərqşünaslıq fakultesində tədris olunan şərq dillərinə müvafiq olaraq sərq ölkələrinin də parlament və hökumətlərinə onların öz dillərində muraciətlər unvanlamışdılar.

Mətbuat və informasiya şöbəsi 14 aprel 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!