Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”nin ikinci günü iştirakçılar tərəfindən maraqla qarşılanıb

05/09/2014

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən keçirilən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”nin ikinci günü iştirakçılar tərəfindən maraqla qarşılanıb. Belə ki, Dünya bankının beynəlxalq məsləhətçisi Algirdas Zabulionis pedaqoji qiymətləndirmə mövzusunda təcrübəsini bölüşüb.

Qeyd edək ki, 4-13 sentyabr, 2014-cü il tarixində keçirilən yay məktəbinin açılışı Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən Tədris, İdman və istirahət kompleksində olub. Yay məktəbinin keçirilməsində məqsəd təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdən ibarətdir. Yay məktəbinin iştirakçıları Azərbaycan Respublikasının və ya xarici ölkə universitetlərinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclərdir. Tədbirdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin əməkdaşı Nərminə Əsədova da iştirak edir.

Mətbuat və informasiya şöbəsi, 05 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!