Azərbaycan dövlətinin elmə qayğısı

14/12/2000

Bu amil EKO zirvəsində mükafat qazanmamıza səbəb oldu
Dünən M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov mətbuat konfransı keçirdi. Azərbaycan prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İqtisadi Əməkdaşlıq Təşkilatının VI zirvə görüşündə iştirak edən rektor 15 ildir fəaliyyət göstərən təşkilat haqqında məlumat verdi. Azərbaycanın 1992-ci ildə daxil olduğu EKO-nun 10 üzvü var və kənd təsərrüfatı, sənaye, nəqliyyat və narkotika problemləri üzrə birgə əməkdaşlıq həyata keçirilir. Son regional Müşavirədə EKO-nun təqdim etdiyi mükafat nominasiyaları sırasına elm və təhsil sahəsi əlavə olunub. 
VI zirvə görüşündə və 6 dövlətin alimlərinə 5 nominasiyada mükafatlar verilib və Azərbaycandan yeganə mükafatçı elm, təhsil və mədəniyyət üzrə BDU-nun rektoru, professor Abel Məhərrəmov olub. Təkcə həmin sahəyə Azərbaycandan 13 nəfər namizədliyini veribmiş və A.Məhərrəmov cari ilin fevralından sənədlərini təqdim edib. Hər il baş tutan müsabiqədə ilk dəfədir ki, Azərbaycan belə bir nəticəyə nail olur. 
A.Məhərrəmova təqdim olunan mükafat qızıl medal və 3750 dollar pul vəsaitindən ibarətdir. Rektor həmin vəsaiti şəxsən layiq görülməsinə baxmayaraq təmənnasız olaraq BDU-nun inkişafına sərf edəcəyini bəyan edib. Onun beş istiqamət üzrə xərclənməsi nəzərdə tutulur. Vəsait vaxt çatışmazlığı ucundan İranda deyil, bu ölkənin Bakıdakı səfirliyində sahibinə təslim ediləcək. 
Verilən sualları cavablandıran A.Məhərrəmov SSRİ-nin süqutundan sonra deformasiyaya uğramış Azərbaycan elmini dirçəltməyə çalışdığını qeyd etdi. “Mükafat Azərbaycan elminə verilib və dövlətimizin elmə verdiyi dəyərlə bağlıdır” - deyə rektor bildirdi. Özünün də vaxtilə burada təhsil aldığını və indi sabitliyin əldə olunduğunu bildirən A.Məhərrəmov Təhsil Nazirliyinin razılığı ilə BDU-nun mətbuat xidmətinin yaradıldığını və ona Aynur Bəşirlinin rəhbərlik edəcəyini qeyd etdi. 
Sammitin gedişində BDU ilə Türkiyə və Mərkəzi Asiya universitetləri ilə mövcud sıx əlaqələrin Pakistan və Əfqanıstan ilə də qurulmasına cəhdlər göstərilib. ABŞ, Yaponiya, Fransa, İtaliya və bu dövlətlərlə birgə proqramlarda çalışan BDU indiyədək 1 milyon dollar vəsait əldə edib. 
Ölkədə “universitet” adını daşıyan və ümumiyyətlə ali təhsil müəssisələrinin çoxluğuna mənfi yanaşan rektor xarici dövlətlərdə hər milyon nəfər əhaliyə bir universitet düşdüyünü vurğuladı. Özəl təhsil gəlir deyil, xeyir məqsədi ilə fəaliyyət göstərməlidir. Məsələn, Türkiyənin nüfuzlu xeyriyyəçisi İhsan Doğramacı təsis etdiyi Bilkənd Universitetinə hər il 80 milyon dollar ayırır. 
MDB ölkələri içərisində yeganə BDU-nun muxtariyyət statusu almadığına toxunan A.Məhərrəmov yaxın günlərdə məsələnin həllinə toxunacağına inamını ifadə etdi. Hərbi kafedraların ləğvi ilə əsas ağırlığı orta məktəblərin boynuna düşəcəyi fikrində olan rektor bir il belə hərbi təhsil görənlərin rütbə alacağını bildirdi. “Prezidentin fərmanı müzakirə deyil, icra olunur”-deyə o, fikrini ümumiləşdirdi. 
Gələn ildən BDU-da kompüter və xarici dil imtahanları məcburi olacaq. Müəllim-professor heyətinin orta aylıq maaşları 40-dan 150 dollara qaldırılıb. Sentyabrdan 152 nöqtədən İnternetə çıxış əldə ediləcək. Eləcə də məzunların təyinat məsələsinə xüsusi diqqət yetirilir. Uzun fasilədən sonra bu problem həll olunub və bu il 35 məzun DİN, 10 nəfər XİN, bir o qədər şəxs də Ədliyyə Nazirliyinə təyinat alacaq. “Bu zaman tədrisdə uğurlar, davamiyyət, nizam-intizam, müəllimlərlə münasibət və milli qeyrət prinsipləri əsas götürülür”- deyən rektor magistraturaya qəbul prosesinin tam surətlə davam etdiyini söylədi.

“Yeni Azərbaycan” qəzeti, 14 iyun 2000-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!