Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd edilib

18/11/2009

Bu gün Gülüstan Sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) yaradılmasının 90 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün Azərbaycan təhsil fəaliyyəti üçün çox əlamətdardır: “Bu gün Azərbaycanın təhsil tarixinə öz imzasını atmış bir məktəbin yubileyidir. 90 il ərzində Pedaqoji Kollec ölkə təhsilinə 20 mindən çox dəyərli ziyalı verib. Kollecdə təhsilin keyfiyyəti ilbəil yaxşılaşır. 90 il ərzində Pedaqoji Kollec müxtəlif adlar altında fəaliyyət göstərsə də, onun yalnız bir amalı olub, bu da Azərbaycan xalqına xidmətdir”.
M. Mərdanovun sözlərinə görə, kollecin fəaliyyəti Azərbaycan dövləti tərəfindən həmişə yüksək dəyərləndirilib: “Təsadüfi deyil ki, indiyədək Azərbaycanda heç bir texnikumun yubileyi dövlət səviyyəsinə qeyd edilməyib. Kollecin bur neçə əməkdaşı Azərbaycanın əməkdar müəllimi adına və “Tərəqqi” medalına layiq görülüb”.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov isə kollecin tarixi nailiyyətlərini nəzərə alaraq ona universitet statusu verilməsini təklif edib: “Mən istəyirəm ki, kollec universitetə çevrilsin. Hazırda Pedaqoji Kollec təhsilin keyfiyyətinə görə bir çox universitetlərdən geri qalmır”.

“APA”, 18 noyabr 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!