Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə .....

30/04/2009

9-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar yaranmış mənəvi, psixoloji durumu normal məcraya yönəltmək, tələbələr arasında yayılmış şaiyələri və valideynlərin narahatçılığını aradan qaldırmaq, habelə BDU-nun daxili nizam-intizam qaydalarını bir qədər də möhkəmləndirmək, giriş-çıxışa nəzarəti gücləndirmək məqsədilə rektor, akademik Abel Məhərrəmovun yanında müşavirə keçirildi. Baş vermiş qanlı hadisəni pisləyən rektor, professor müəllim heyətini və tələbələri şaiyələrə və təxribatlara uymamağa, psixoloji durumu sabit vəziyyətdə saxlamağa çağırdı. Fakültə dekanlarına, təssərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlıya, humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimova, ümumi işlər üzrə prorektor Rövşən Abdullayevə və universitetin mühafizə xidmənin rəisi Mahir Höccətova tapşırıqlar verdi. Universitetin təkcə tədris korpuslarına deyil, tələbə şəhərciyinə, İlahiyyat liseyinə, İlahiyyat fakültəsinə, Gənc istedadlar liseyinə, yataqxana və yeməkxanalara, Bakı Universiteti nəşriyyatına da nəzarətin gücləndirilməsini tövsiyyə etdi. Faciə qurbanlarının ailə üzvlərinə bir daha baş sağlığı verən rektor, akademik Abel Məhərrəmov məsələnin kompleks şəkildə həllinə nail olmaq məqsədilə R-29 saylı əmr imzaladı. Əmrin icrasına nəzarəti öz üzərinə götürdü.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 30 aprel 2009-cu il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!