Azərbaycan dilçiliyinə yeni töhfə

18/10/2016

Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri - Səidə Abbasova, Sultan Seyidova, Nailə Məmmədova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadovun birgə müəllifliyi ilə “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərslik işıq üzü görüb. Elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçiləri isə professorlar  - Adil Babayev, Tofiq Hacıyev və Əbülfəz Rəcəbli olan dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrası tərəfindən, eyni zamanda ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərs vəsaiti də çap olunub. Kafedranın dosenti Samirə Mərdanova,  dosent əvəzi Şəlalə Abasova və Xanımana Manaflının birgə müəllifliyi ilə çapdam çıxmış dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel şəkildə izah edilir, Azərbaycan  ədəbi dili və normaları, natiqlik sənəti, onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunur.

Onu da qeyd edək ki, ötən il kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi”, dosent əvəzi Samirə Orucovanın “Lirik əsərlərin tədrisi”, Xanımana Manaflının “Ədəbi dilin fonetik və leksik normalarının tədrisinə dair” metodik göstərişləri də işıq üzü görüb. Kafedra tərəfindən Azərbaycan və rus bölmələrinin tələbələri üçün “Azərbaycan dili və nitq mədəniyyəti”  fənninin iki proqramı nəşr olunub.  Bütün bunlarla yanaşı, bir dərs vəsaiti və iki metodik göstəriş çapdadır.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2016-cı il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!