Azərbaycan alimlərinin İtaliyaya səfəri

05/08/2014

Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqaməti olan nanotexnologiya istiqamətində fundamental elmi tədqiqat işləri ilə bərabər, bu istiqamətdə təhsilin təşkili istiqamətində ciddi işlər aparılır. Bu bir həqiqətdir ki, alimlərimizin bu istiqamətdə apardığı işlər həm elm sahəsində, həm də təhsil sahəsində dünyanın aparıcı beynəlxalq donor strukturları tərəfindən yüksək dəyərləndirilir və alimlərimizin elm və təhsil sahəsində apardığı bu işlərə böyük qrant layihələri ayrılır. Avropa Birliyinin Tempus proqramları çərçivəsində yerinə yetirilən ECONANO "Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik post magistr proqramlarının müasirləşdirilməsi" qrant layihəsi (655000 avro) də bu işlərdən biridir. Bakı Dövlət Universitetinin kordinatorluğu ilə yerinə yetirilən bu layihənin hazırkı mərhələdə vəziyyəti və problemlərinin həlli ilə əlaqədar layihənin Azərbaycan üzrə kordinatoru, BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi dos. İsmət Əhmədov 22-25 iyul tarixlərində İtaliyanın Roma şəhərindəki Sapienza Universitetində elmi ezamiyyətdə olmuşlar. Səfər zamanı Azərbaycan tərəfdən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Tahir Pənahov və Fəqan Əliyev, Qafqaz Universitetinin əməkdaşları dekan Yadullah Babayev, Üzeyir Bağırov, Nail Tahirov, Təhsil Nazirliyinin əməkdaşları İlham Hümbətov və Sülhəddin Gözəlov iştirak etmişlər. 23 iyul 2014-cü il tarixində görüşü açan Sapienza Universititnin prorektoru Antonello Biagini qonaqları salamlayaraq layihənin işinə uğurlar arzulamış və dünyanın aparıcı universitetləri ilə birgə Azərbaycan universitetlərinin belə bir mühüm layihənin yerinə yetirməsini böyük uğur adlandırmışdır. Sapienza universitetinin tarixindən danışan prorektor qeyd etmişdir ki, 700 illik tarixi olan bir təhsil ocağında bir sıra istiqamətlərdə uğurla kadr hazırlığı aparılır. Prorektor BDU-nun professoru Məhəmmədəli Ramazanova Sapienza Universititinin xatirə medalını və onun yaranması ilə bağlı sərəncamın surətini təqdim etmişdir. Görüşdə prof. Məhəmmədəli Ramazanov respublikamızda aparılan elm və təhsil sahəsindəki uğurlu islahatlardan, Azərbaycan Təhsilinin Avropa Təhsil məkanına inteqrasiyasından danışaraq bildirdi ki, bu layihə də inteqrasiyaya xidmət edir. Sonra layihə iştirakçıları bölmələrdə öz işlərini davam etdirərək layihə komandalarının qarşısında duran bir sıra problemləri müzakirə etdilər. Azərbaycan ali məktəblərinin təhsilin magistr pilləsini bitirmiş 12 nümayəndəsi seçilərək post magistr proqramı üzrə təhsil almaq hüququ qazandılar. Onlar 4 ay müddətində BDU-da ECONANO istiqamətində nəzəri təhsil alacaqlar və imtahan verəcəklər. Birinci pillədə 30 kredit miqdarında təhsil alan nümayəndələr 3 ay müddətində Avropa Universitetlərində (Sapienza, Parij-13, Patras) praktik təhsil alacaqlar. Onların bütün səfər xərcləri qrant layihəsi çərçivəsində ödəniləcəkdir. Tədbirlərdə Sapienza Universitetinindən prof. Luca Di Palma, prof. Angelio Chianese, Fransanın Parij Universitetindən prof. Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos çıxış etmişlər.

Mətbuat və informasiya şöbəsi, 05 avqust 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!