Avropa ilə distant təhsil

20/04/2011

Rektor, akademik Abel Məhərrəmov Avropanın “TEMPUS”  proqramı  çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə BDU-ya gəlmiş layihə təşkilatçılarını qəbul edib.
BDU-da 37 beynəlxalq qrant və proqramların həyata keçirildiyi deyən rektor layihələrin əsasən elmi innovasiyalar – nanotexnologiyalar və immunologiyalarla bağlı olduğunu bildirib.
Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev layihənin tətbiqi ilə əlaqədar məlumat verib.
On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili universitetlə tanışlıqdan, biologiya fakültəsində layihənin tətbiqindən məmnunluğunu ifadə edib və əməkdaşlığın davamlı olacağına inamını qeyd edib.
İngltərənin Westminster, Fransanın Breatgne Occidentale, İtaliyanın L’Aqulia, Gürcüstanın Tiflis Dövlət Universitetlərindən olan layihə üzvləri səfər çərçivəsində fakültənin həyatı, müasir standartlara cavab verən laboratoriyaları, tədris prosesi ilə tanış olub, mühazirələr oxuyublar.
Onu da xatırladaq ki, Avropanın “TEMPUS”  proqramının  Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın  yaradılması olub.

Mətbuat vəİnformasiya şöbəsi, 20  aprel 2011-ci il.

(Material  Lent.az, 1News.az  xəbər portallarında,  "Yeni Azərbaycan",  "525-ci qəzet", "Azərbaycan müəllimi" , "CBN Extra", "Nedelya" qəzetlərində də yayımlanıb – 20-22 aprel 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!