Avropa Hüququ Magistr Proqramının 6 məzununa ikili diplom təqdim edilib

24/11/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru,professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib və tərəflər arasında anlaşma memorandumu imzalanıb. Avropa Hüququ Magistr Proqramının 6 məzununa ikili diplom (BDU və Vürçburq Universitetinin diplomları) təqdim edilib.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələrimiz üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, alman professorları BDU-da mühazirə oxuyur. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən ayrılır.

Mətbuat və informasiya şöbəsi, 24noyabr, 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!