Atatürk Universitetinin rektoru BDU-da

15/03/2011

Rektor, akademik Abel Məhərrəmov Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin rektoru, professor, doktor Hikmət Koçakı qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, əsasən bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əsasən də Türkiyə universitetləri ilə münasibətlərdən bəhs edib. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Öz növbəsində Hikmət Koçak Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qonaq görüşdən sonra universitetlə tanış olub və yüksək təəssüratla ayrılıb.

Mətbuatİnformasiya şöbəsi, 15 mart 2011-ci il.

(Material  CBN Extra qəzetində yayımlanıb – 25 mart 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!