Ardahan Universitetinin prorektoru BDU-da

25/11/2014

Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov Ardahan Universitetinin prorektoru professor Gurkan Doğan, Azərbaycandakı təmsilçi Kadir Kesim və Zerbalı İmanovla görüşüb. Rektor Abel Məhərrəmov ölkələrarsı qardaşlıq, dostluq münasibətlərindən, bütün sahələrdə uğurlu əməkdaşlıqdan, həyata keçirilən layihələrdən danışıb. Rektor universitet barədə qonaqlara ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə qurulan əlaqələrdən bəhs edib. Elm, təhsil sahəsində qardaş ölkənin universistetlərilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor A.Məhərrəmov bu istiqamətdə atılan addımları yüksək dəyərləndirib. Qonaqlar ölkəmizə səfər etmələrindən, o cümlədən Azərbaycanın qocaman ali təhsil ocağı BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Universitetlərarası əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafının vacibliyini vurğulayıblar. Qonaqlar universitetin laboratoriyaları, müxtəlif mərkəzlərilə yaxından tanış olub.

Mətbuat və informasiya şöbəsi, 25 noyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!