Ankara Universitetinin nümayəndə heyəti BDU-da olub

02/04/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə rektor Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən danışıb. Rektor BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən də bəhs edib.

Ankara Universitetinin rektoru, professor, doktor Erkan İbiş də öz  növbəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Daha sonra BDU ilə Ankara Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu proqram Avropa Birliyinin Erasmus-Mundus proqramına analoji olaraq Türkiyə Cümhuriyyəti tərəfindən təsis edilmiş proqramdır və təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılmasını maliyyələşdirmək üçün nəzərdə tutulub.

Görüşdə həmçinin ötən müddət ərzində əldə olunan təcrübəni əsas götürərək Bakı Dövlət və Ankara Universitetləri arasında hüquq elminin davamlı inkişaf etdirilməsinin, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi istiqamətində ikili diplomların verilməsi məqsədilə imzalanmış müqaviləyə yenidən baxılaraq müvafiq dəyişikliklər barədə də müzakirələr aparılmışdır.

 

Mətbuat və İnformasiya şöbəsi, 02 aprel 2013-cü il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!