Anar İsgəndərov Azərbaycan həqiqətlərini Amerikaya tanıtdı

10/06/2011

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərovun "Realities of Azerbaijan: 1917-1920" (Azərbaycan həqiqətləri 1917-1920) adlı kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunmuşdur. Kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazmışdır. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, ermənilərin Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqaf­qaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, ermənilər tərəfindən 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cüm­huriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Soveti, İngilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir.
Kitabda 1990-2010-cu illərdə Ermənistan Respublikası tərəfindən Azər­bay­cana qarşı həyata keçirilən işğalçı siyasət, o cümlədən, BMT-nin ermənilərin  işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsi də öz əksini tapmışdır.
Kitaba ön söz yazan prof.Castin Makkarti özü də etiraf edir ki, Azərbaycanın 1917-1920-ci illər tarixi sovet dönəmində tədqiqat mövzusu olmadığına görə Qərb oxucusu bu problemlərdən xəbərsizdir. Kitabın ABŞ-da nəşr olunması Qərb oxucularına Azərbaycanda 1917-1920-ci illərdə baş verən proseslərlə obyektiv və qərəzsiz tanış olmağa imkan verəcəkdir.
Kitab ABŞ-ın ən nüfuzlu təşkilatlarına, o cümlədən,  Konqres kitabxanasına təqdim olunmuşdur.

Mətbuat və İnformasiya Şöbəsi, 10 iyun 2011-ci il.

(Material APA, SIA,Lent.az, www.icmal.az, news.xazar.com, www.sestv.az, www.ilk10.az, SalamNews informasiya agentliklərində, xəbər portallarında və "Komsomolskaya pravda", "CBN Extra" qəzetlərində də yayımlanıb 10-11 iyun 2011-ci  il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!