Anadolu Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

05/09/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Anadolu Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektor müavini professor Mustafa Cavcar,  Aviasiya və Kosmos Elmləri dekanı, professor Mehmet Şerif Kavsaoğlu, Azərbaycan Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğın, Türkiyə səfirliyinin II katibi Bahar Doğan iştirak ediblər.

Akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən,  qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib. Rektor həmçinin BDU-nun Türkiyənin bir çox universitetləri ilə əlaqəsinin olduğunu, Ankara Universitetinin hüquqşünas hazırlığı ilə bağlı ikili diplom verəcəklərini qonaqların diqqətinə çatdırıb.

Anadolu Universitetinin rektoru, professor Davut Aydın, öz növbəsində  Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət universitetdə olmasından qürur hissi duyduğunu bildirib. O, Anadolu Universiteti haqda ətraflı məlumat verib. Bildirib ki, 1 milyondan çox tələbəsi olan universitetin 16 fakültəsi, 7 institutu, 42 araşdırma mərkəzi, 1 konservatoriyası, 1 “TRT-okul” televiziya kanalı, 2 studiyası var.  Daha sonra rektor Davut Aydın  səfərdə əsas məqsədin BDU və Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər də müzakirə edilib.

Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar, Nüvə Maqnit Rezonans, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyalarında,  Heydər Əliyev muzeyində, Elektron Tədris Mərkəzində  olublar.

Mətbuat və İnformasiya şöbəsi, 05 sentyabr 2012-ci il

 


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!