Amerikalı professor BDU-da mühazirə oxuyub

19/04/2017

Amerikalı professor Sem Potolikkio Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qonağı olub. Görüş ABŞ səfirliyinin dəstəyi ilə Alumni MAX proqramı çərçivəsində baş tutub. “Amerikada  seçkilər” mövzusunda məruzə ilə çıxış edən professor Amerikada seçki sisteminə təsir edən amillər, elektor kollegiyasına əsaslanan prinsiplər, ABŞ-da keçirilən son seçki kampaniyası və nəticələri barədə tələbələrə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, professor Sem Potolikkio Avropanın ən böyük universiteti olan Rusiya Prezident Akademiyasının fəxri professorudur. O, Beynəlxalq İdarəetmə Kafedrasının müdiridir və Rusiya, Makedoniya, İordaniya, Amerika Birləşmiş Ştatlarında filialları olan "Preparing Global Leaders Foundation" beynəlxalq idarəetmə üzrə təlim proqramının rəhbəridir. S.Potolikkio, eyni zamanda, İndianapolis Universiteti, Luqar Akademiyasının baş məruzəçisi, Corctaun və Nyu York Universitetlərinin fəxri professorudur.

Mətbuat və informasiya şöbəsi, 19 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!