Amerikalı politoloq Bakı Dövlət Universitetində mühazirələr oxuyacaq

15/04/2011

Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır.

Qeyd edək ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.

Səfir Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir.

Mətbuat vəİnformasiya Şöbəsi, 15 aprel 2011-ci il.

(Material  SİA, SalamNews, Modern.az, Azxeber.com informasiya agentliklərində, xəbər portallarında  və "Azərbaycan müəllimi", "CBN Extra", "Nedelya" qəzetlərində də yayımlanıb – 15-22 aprel 2011-ci il)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!