AMEA-ya həqiqi və müxbir üzv seçilənlərin 11 nəfəri BDU alimləridir

01/07/2014

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirdə akademiyanın 48 həqiqi üzvündən 44-nün, 96 müxbir üzvündən 83-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirib.

Akademik A.Əlizadə gündəliyi elan etdikdən sonra bir sıra əhəmiyyətli məsələlər müzakirə edilib. Daha sonra AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib ki, onlardan 11 nəfəri Bakı Dövlət Universitetini təmsil edir. Belə ki, Mehdiyev Məhəmməd Fərman oğlu (mexanika), Hacıyev Asəf Hacı oğlu (riyaziyyat), Əliyeva Rəfiqə Əlirza qızı (kimya), Babazadə Vasif Məmməd Ağa oğlu (geologiya), Hacıyev Tofiq İsmayıl oğlu (dilçilik) AMEA-ya həqiqi üzv, Kazımzadə Aydın Həsən oğlu (fizika), Nəcəfov İsmət Məhəmməd oğlu (fizika), Babanlı Məhəmməd Baba oğlu (qeyri-üzvi kimya), Mütəllibov Təhsin Mütəllim oğlu (ədəbiyyatşünaslıq), Paşayeva Nərgiz Arif qızı (ədəbiyyatşünaslıq), Qurbanov Elşad Məcid oğlu (Botanika) isə müxbir üzv seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2014-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!