AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib

04/06/2014

Bu gün(red.30.05.2014) Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə tələbələrlə maarifləndirici görüş keçirilib. İlk öncə gəncləri salamayaraq tədbiri açıq elan edən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkədə həyata keçiriən elm, təhsil strategiyalarından, gənclərin elmi müsətivədə fəaliyyətlərinin genişləndiriliməsi üçün həyata keçirilən çoxşaxəli fəaliyyət proqramından danışıb. Bu fəaliyyət proqramına Təhsil Nazirliyi və AMEA-nın həyata keçirdiyi tədbirlərin nümunə olduğunu vurğulayan komitə sədri Gənc Alim və Mütəxəssislər Şurasının universitet tələbləri ilə görüşə gəlmələrindən dolayı tələbələr adından minnətdarlığını bildirib. Sonra Daşqın müəllim qonaqları tədbir iştirakçılarına təqdim etdi və sözü Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanova verib. Famin Salmanov çıxış edərək Gənc Alim və Mütəxəssislər Şurasının yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. Ölkə başçısının elmə olan diqqət və qayğısından danışan şuranın sədri regionlarda gənc araşdırmaçılarla da görüşdüklərini, mütamadi olaraq gənclərlə işlədiklərini bildirib. Famin Salmanov həyata keçirilən tədbirin təşkili və yaradılan səmimiyyətdən dolayı Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərova öz təşəkkürlərini söylədi və Gənc Alim və Mütəxəssislər Şurasının elan etdiyi “Açıq qapı” layihəsində gəncləri aktiv olmağa səslədi. Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Eşqanə Babayeva gənclərin, xüsusəndə gənc alimlərin xaricdə təhsil imkanlarından danışdı və bildirdi ki, gənclər fərdi və ya qrup halında akademiyanın resusrarından faydalana bilərlər. Daha sonra tələbləri maraqlandıran suallar şuranın ekspertləri tərəfindən cavablandırılıb. Sonda çıxış edən Bakı Dvlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov şura ilə əməkdaşlığın sistematik şəkildə davam edəcəyəni bəyan etdi və bütün tələblərə sessiya imtahanlarında uğurlar arzuladığını bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 04 iyun 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!