Şamaxı Astrofizika Rəsədxanasında BDU-nun astrofizika kafedrasının filialı yaradılacaq

05/04/2017

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncə Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və BDU-nun astrofizika kafedrasının rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb.

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov imzalayıblar.

Mətbuat və informasiya şöbəsi, 5 aprel 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!