Altıağacda BDU-nun Elmi Şurasının iclası keçirilib

09/07/2010

İyulun 9-da Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Rektor Boloniya prosesindən, bu üsulun tələblərinə uyğun olaraq BDU-da həyata keçirilmiş tədbirlərdən, əldə olunmuş nailiyyətlərdən, universitetin beynəlxalq əlaqələrindən bəhs edib. Tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər. Çıxış edən elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra bir sıra çıxışlar olub. Bundan başqa tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 09 iyul 2010-cu il.
(Material AzərTAc, APA, Trend.az, Lent.az informasiya agentlikləri və xəbər portallarında, “Xalq qəzeti” və “Yeni Azərbaycan” qəzetlərində də yayımlanıb – 09-10 iyul 2010-cu il).

 

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!