Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə Missiyasının rəhbəri BDU-da

04/03/2015

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Qiymətləndirmə Missiyasının rəhbəri İsabel Hinrichsenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində olub.

Fakültənin Bioekologiya kafedrası ilə əməkdaşlığın qiymətləndirilməsi məqsədilə baş tutan görüşdə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Görüşdə BDU tərəfdən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, fakültənin dekanı, professor Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, kafedranın dosenti Firuzə Sultanzadə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən isə Erich Mies, Aleksandra Joseph, və Kamil Ağayev iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 04 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!