“Alman dili dərsində poetik yazı” kursunun iştirakçılarına sertifikatlar verilib

14/09/2015

Bakı Dövlət Universitetində DAAD (Alman Akademik Mübadilə Xidməti)  və bu ali təhsil ocağının birgə təşkilatçılğı ilə “Alman dili dərsində poetik yazı” mövzusunda 5 günlük ixtisas kursu başa çatıb. BDU-nun  germanistika və alman dilini tədris edən müəllimləri ilə yanaşı, digər universitetlərin əməkdaşlarının da iştirak etdiyi kurs Almaniyadan dəvət edilən mütəxəssis xanım Doktor İngrid Beker-Rossun rəhbərliyi altında keçirilib. Kursun sonunda iştirakçılar sertifikatla təmin olunub.

Qeyd edək ki, kursda  aşağı dil səviyyələrində yazı qabiliyyətinin inkişaf etdirilməsi metodlarının öyrədilməsi, alman ədəbiyyatının aşağı dil səviyyələrində aktiv müqayisəsinin göstərilməsi, yazıda baryeri aradan qaldırmaq üçün lazımı şərtlərin müzakirəsi, öz yazdığının interpretasiyasına girişin əks etdirilməsi, bu tapşırığı inkişaf etdirmək üçün müvafiq qiymətləndirmə meyarları əsas müzakirə obyekti olub.

Xatırladaq ki, DAAD tələbə və elmi işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır.

Mətbuat və İnformasiya şöbəsi, 14 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!