Alimlər Məntəş Təpədə aparılan arxeoloji qazıntından danışdılar

29/09/2015

Bakı Dövlət Universitetində Tarix fakültəsi və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə konfrans keçirilib. Konfransı giriş sözü ilə tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açaraq tədbirin əhəmiyyətindən danışıb. Sonra tədqiqatçı-alim Bertiy Lyone təqdimatla çıxış edərək arxeologiya elminin tarixi və inkişaf perspektivləri, eyni zamanda Tovuz rayonu, Məntəş Təpədə aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Azərbaycanlı tədqiqatçı-alim Fərhad Quliyev tədqiqatın əhəmiyyətindən danışıb, görülən işlərin ölkələr arasında elmi-tədqiqat sahəsində aprılan əməkdaşlığa böyük töhfə olduğunu qeyd edib.

Qeyd edək ki, 2008-2015-ci illərdə Tovuz rayonunda Fransa-Azərbaycan arxeoloji qrupu tərəfindən səkkiz arxeoloji qazıntı işləri həyata keçirilib. Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunu təmsil edən iki alim-tədqiqatçı Bertiy Lyone və Fərhad Quliyev tərəfindən birgə rəhbərlik altında aparılan bu arxeoloji kompaniyalar Məntəş Təpədə keçirilib. Qazıntıların məqsədi Azərbaycanın bu regionunda qədim mədəniyyətlərin təkamülünü anlamaq, Mesopotamiya və Qafqazın digər regionlari ilə olan əlaqələri tapmaq olub. Mənşət Təpədə səkkiz il ərzində aparılan tədqiqatların sonunda qazıntılar tamamilə bağlanıb. Arxeoloji qrupun rəhbərləri iki ölkə arasında bu nümünəvi əməkdaşlığı dəyərlədirmək məqsədilə  qazıntıların nəticələrini BDU-nun tarix fakültəsinin II və IV kurs tələbələri ilə bölüşüblər.

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!