“Ali təhsildə magistr hazırlığı” adlı metodiki vəsait çap olunub

01/03/2016

Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədovanın tərtib etdiyi “Ali təhsildə magistr hazırlığı” adlı metodiki vəsait nəfis tərtibatda çap olunub.  BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin redaktoru olduğu vəsait magistr hazırlığı üzrə mövcud normativ-hüquqi bazanı, magistr hazırlığı prosesinin təşkilini və həyata keçirilməsini, magistr dissertasiyasının hazırlanması, təsdiq olunması və müdafiəsi qaydalarının əsas müddəalarını əks etdirir.

Vəsaitdə Bakı Dövlət Universitetinin təcrübəsi əsasında magistr hazırlığı prosesində tətbiq edilən təhsil sənədlərinin nümunələri də öz əksini tapıb.

Qeyd edək ki, təqdim olunan vəsait bakalavr məzunları, magistrantlar, onların elmi rəhbərləri və məsləhətçiləri, bu sahə ilə məşğul olan təhsil menecerləri üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 29 fevral 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!