“Ali bitkilərin təyin edilməsi və oxuyan quşların monitorinqi” mövzusunda təlimin sonuncu hissəsi keçirilib

02/06/2014

2014-cü il 16-20 may tarixlərində Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Ali bitkilərin təyin edilməsi və oxuyan quşların monitorinqi” mövzusunda təlimin sonuncu hissəsi keçirilib. Təlim çərçivəsində işçi qrupun Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Nügədi təlim tədris-mərkəzində çöl təcrübəsi ezamiyyətləri baş tutub. Ekspedisiya zamanı ali bitkilərin (ot, kol və ağacların) müşahidəsi aparılmış, herbari nümunələri toplanmış və akustik dinləmələrlə oxuyan quşların növləri müəyyən edilib.

Həmin təlimdə Bioekologiya kafedrasının müəllim və əməkdaşları ilə yanaşı Biologiya fakültəsinin “Onurğalılar zoologiyası”“Botanika” kafedrasının müəllim və əməkdaşları  da iştrak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 02 iyun 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!