ALİCE təcrübəsinin rəhbərləri BDU-da

15/10/2015

CERN Böyük Adron Kollayderində keçirilən ALİCE təcrübəsinin rəhbərlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərləri çərçivəsində Bakı Dövlət Universitetində olublar. Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, beynəlxalq birlik və assosiasiyalarda təmsilçiliyindən danışıb. Rektor BDU-nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupu ilə əməkdaşlıq etmək fikrini dəstəklədiyini bildirib. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, öz növbəsində, fakültə haqqında məlumat verib.

Görüşdə ALİCE tərəfindən təcrübənin sədri, professor Paolo Giubellino, şuranın sədri, professor Peter Braun-Münzinger, Ukrayna ALİCE qrupunun rəhbəri, professor Gennady Zinovyev və ALİCE təcrübəsində hesablamalar və məlumatların emalına rəhbərlik edən doktor Predrag Buncic iştirak ediblər. Qonaqlar BDU-nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupunda iştirakını dəstəkləyib və əməkdaşlığa görə rektora təşəkkür ediblər.

Görüş işini seminarla davam etdirib. Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik Adil Qəribov seminarı açaraq onun işinə uğurlar arzulayıb. Mərkəzin nüvə fizikası şöbəsinin müdiri və ALİCE qrupunun rəhbəri, doktor Anar Rütəmov və professorlar -  P.Giubellino, P.Braun-Munzinger, doktor P.Buncic və digərlərinin çıxışları maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 15 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!