Albaniyanın Parlament sədri BDU-da - VİDEO

21/10/2014

Albaniya Respublikası Parlamentinin sədri İlir Metanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ölkələrimiz arasında olan münasibətlərdən, o cümlədən təhsil və elm sahəsində qurulan əlaqələrin əhəmiyyətindən danışıb.

Öz növbəsində Albaniya Respublikası Parlamentinin sədri İlir Metan Azərbaycanda və BDU-da olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdə Tirana Texniki və Bakı Dövlət Universiteti arasında qurulan münasibətlərdən də bəhs edilib və əlaqələrin daha da inkişaf etdirilməsi  məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumu rektorlar - Abel Məhərrəmov və  Yorqak Kaçani imzalayıblar. Çıxışlarda bildirilib ki, bundan sonra təhsil, elm sahəsində münasibətlər daha da genişlənəcək, uğurlu nəticələr əldə ediləcək.

Albaniya Respublikası Parlamentinin sədri İlir Metan “Universitetin fəxri qonağı” diplomu ilə təltif edildikdən sonra nümayəndə heyəti bir sıra laboratoriyalarda və mərkəzlərdə olublar. Qonaqlar BDU-da yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, xoş təəssüratla ayrılıblar.

Mətbuat və informasiya şöbəsi, 21 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!